"Fənərbaxça" çexiyalı yarımmüdafiəçi Aleks Kralı heyətinə qatmağa hazırlaşır.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun çıxış etdiyi "Spartak" (Moskva) ilə danışıqlara başlayıb.
Çexiya millisinin futbolçusu 2019-cu ildən Moskva klubunda oynayır.
Qeyd edək ki, 24 yaşlı oyunçu geridə qalan mövsümü icarə əsasında "Vest Hem"də keçirib. Çexiyalı yarımmüdafiəçi London klubunun heyətində 6 oyunda meydanda olub.