"Şerif"dən ayrılan baş məşqçinin yeni iş yeri bəlli olub

Moldovanın "Şerif" klubundan ayrılan Yuri Vernidubun yeni iş yeri bəlli olub.

Newsport.az "Ua-football" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Ukrayna təmsilçisi "Krivbas"la müqavilə imzalamağa yaxındır.

Vernidub artıq Krivoy Roqda olub və orada klub rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib.

Qeyd edək ki, Yuri Vernidub 2021/2022 mövsümündə "Şerif"i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right