Türkiyədən qol şousu, Almaniya İngiltərə ilə heç-heçə etdi Yenilənib

Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu davam edir. 

Newsport.az xəbər verir ki, bu gün A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma keçirilib. 

A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib və 1:1 hesablı bərabərə qalıb.

C Liqasının 1-ci qrupunda Türkiyə Litvanın qonağı olub və rəqibini darmadağın edib - 6:0.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

22:45. Almaniya - İngiltərə - 1:1

Qollar: Hofmann, 51 (1:0), Keyn, 88-pen (1:1)

22:45. İtaliya - Macarıstan - 2:1

Qollar: Barella, 30 (1:0), Pelleqrini, 45 (2:0), Mançini, 61-avtoqol (2:1)

Xal durumu: İtaliya - 4, Macarıstan - 3, Almaniya - 2,  İngiltərə - 1

B Liqası

3-cü qrup

20:00. Finlandiya - Monteneqro - 2:0

Qollar: Pohyanpalo, 31, 38

22:45. Bosniya və Herseqovina - Rumıniya - 1:0

Qol: Prevlyk, 68

Xal durumu: Bosniya və Herseqovina - 4,  Finlandiya - 4, Monteneqro - 3, Rumıniya - 0

C Liqası

1-ci qrup

22:45. Farer Adaları - Lüksemburq - 0:1

Qol: Rodriqes, 74-pen

22:45. Litva - Türkiyə - 0:6

Qollar: Sinik, 2, 14, Dursun, 56-pen, 81, Akgün, 89, Dervişoğlu, 90+1

Xal durumu: Türkiyə - 6, Lüksemburq - 6, Farer adaları - 0, Litva - 0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right