Yeqor Titov İtaliyaya güvənir

Millətlər Liqasının bu gün keçiriləcək prinsipial oyunlarından birində İtaliya Çesenada Macarıstanı qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov qarşılaşmada macarlara heç bir şans vermir.

Tanınmış futbol veteranı bugünkü matçla bağlı proqnozunda belə fikir yürüdüb:

İtaliya dünya çempionatına vəsiqə qazana bilmədiyindən, Roberto Mançini heyətdə yenidənqurmaya getdi. Təlim-məşq toplanışına çox futbolçu çağırılıb, sınaqdan keçirilirlər. Bəziləri hətta azarkeşlərə yaxşı tanış da deyil. Nəticələr ürəkaçan ola bilməz. Argentina təkqapıya oynayaraq qalib gəldi, Almaniya ilə görüş heç-heçə yekunlaşdı. Skuadra Adzurra həmin qarşılaşmanı da pis keçirdi. İtaliyadan xüsusi nəsə gözləməyə dəyməz, amma komandaya qələbə lazımdır. Qalibiyyət olmadıqca ab-hava korlanır, məşqçilər korpusuna inam itir.

Bu mənada doğma arenada qalib gəlmək üçün Macarıstan münasib rəqib kimi görünür. Macarlar İngiltərəni məğlub etdiyi matçda həddən artıq emosiya sərf etdi. Komanda uzun müddət bu enerjidən uzaq olacaq. Bir məqam da var ki, Macarıstan evdə çılğın azarkeş dəstəyi ilə yaxşı oynaya bilirsə, səfərdə çətinlik çəkir.

Ümumilikdə 3,5-dən az qolla İtaliyanın qələbəsinə mərc edərdim. İtalyanlardan təvazökar qələbə gözləyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right