"Yuventus"un istədiyi futbolçu "Barselona"dan təklif gözləyir

"Yuventus" argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanı transfer etməkdə maraqlı olsa da, futbolçu özü "Barselona"da oynamaq istəyir.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisinin marağına baxmayaraq, Argentina millisinin üzvü Katoloniya klubundan təklif gözləyir. Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına kimi olan futbolçu artıq komandadan ayrıldığını açıqlayıb.

34 yaşlı yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi Paris təmsilçisində 295 oyunda 92 qolla yadda qalıb.

Təcrübəli oyunçu daha əvvəl "Mançester Yunayted", "Real", "Benfika" kimi klublarda oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right