Portuqaliya millisinin sabiq futbolçusu Brunu Alveş karyerasını başa vurub.
Newsport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi bunu ölkəsinin mətbuatına açıqlamasında deyib.
Son olaraq Yunanıstanın "Apollon Smirnis" klubunda çıxış edən Alveş "Porto", AEK, "Zenit", "Fənərbaxça" və "Parma"da da oynayıb.