İtaliya millisinin müdafiəçisi Alessandro Florenzi Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Almaniyaya (1:1) qarşı keçirilən matçdan sonra yerli mətbuata danışıb.
Newsport.az-ın məlumatına görə, komandasını meydana kapitan sarğısında çıxaran müdafiəçi milli formada meydana çıxmağın məsuliyyətindən söhbət açıb
"Təbii ki, kapitan sarğısı məsuliyyətlidi. Millinin formasında meydana çıxanda artıq məsuliyyət öz-özünə yaranır. "Uembli"dəki matçla müqayisədə bu gün heyətdə çox gənc var idi. Onlardan bəzisi emosiyaları ilə qarşılığını ödədi, kimisi kiçik veteran kimi idi meydanda".