İstedadlı və ağıllı adlandırdı Klubun direktorunu

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello klubun direktorları Paolo Maldini və Frederik Massaranın əməyini yüksək qiymətləndirir.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis, Maldini ilə Massaranın transfer məsələsində çox yaxşı olduqlarını deyib:

“Maldini və Massara çox yaxşı transferlər təxmin edirlər. Maldini inanılmaz dərəcədə istedadlı və çox ağıllıdır. O, özü üçün yeni bir işə başladı və çempionluğa nail oldu. Kiminlə işləməli və yeni dünyaya necə girməli olduğunu başa düşür. Teo Ernandeslə danışıqlara baxın! Bu, “Milan”ın böyük gücündən irəli gəlir”.

“Milan” ötən mövsüm A Seriyasında çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right