Belçika millisinin futbolçusu "Milan"a transfer oldu

"Liverpul"la müqaviləsi bitən Divok Origi karyerasını İtaliyada davam etdirəcək.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Belçika millisinin üzvü "Milan"la razılaşıb. 27 yaşlı forvard "rossyenerlər"lə 3 illik müqavilə imzalayacaq.

2014-cü ildən Belçika millisinə çağrılan Origi 32 oyunda 3 qol vurub.

Xatırladaq ki,  2015-ci ildən çıxış etdiyi Premyer Liqa klubunda 175 matçda iştirak edən hücumçunun aktivində 41 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right