Messi: "Biz hər kəslə oynamağa hazırıq"

Argentina millisinin kapitanı Lionel Messi "Finalissima"da İtaliya üzərində 3:0 hesablı qələbə qazandıqlarını oyunu şərh edib.

Newsport.az "Ole"yə istinadən xəbər verir ki, o, qələbə qazanmağa alışmağın əla olduğunu deyib: "Bu komandanın nə qədər vaxtdır uduzmadığını da bilmirəm və bu üstünlükdür. Çalışmalıyıq ki, məğlubiyyətsizlik seriyasına davam edək və mundialın ilk oyununa ən yaxşı vəziyyətdə çıxaq. Bu komanda həmi bu gün əvvəlkindən də güclüdür. Futbolda heç vaxt təslim ola bilməzsən".

Messi UEFA-nın saytına açıqlamasında isə söyləyib: "Biz hər kəslə oynamağa hazırıq. İtaliya böyük komandadır. Oyunun yaxşı olacağını bilirdik və belə mühitdə çempion olmaq çox xoşdur. Möhtəşəm final, stadion argentinalılarla dolu idi. Bu gözəl idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right