"Qalatasaray"dan ayrılan futbolçu digər İstanbul klubuna keçdi

"Qalatasaray"la müqaviləsi başa çatan Semih Kayanın yeni klubu məlum olub.


Newsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İstanbulda qalacaq. Türkiyə millisinin keçmiş üzvü şəhərin digər klubu "Fatih Karagümrük" ilə anlaşıb.


Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.


Semih Kaya son mövsümün ikinci yarısını "Qalatasaray"da keçirib. Təcrübəli mərkəz müdafiəçisi "cim bom"un heyətində 2 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right