UEFA-dan Messi haqqında "Ustad dərsi keçdi"

UEFA texniki müşahidəçilərindən ibarət qrup Argentina millisinin üzvü Lionel Messinin Finalissimada İtaliya ilə matçdakı oyununu xüsusi (3:0) qeyd edib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi satı məlumat yayıb. Argentinalı qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. UEFA Messidən belə yazıb: 

“O, oyuna əvvəldən sona qədər nəzarət edirdi. Messi bütün məharətini göstərdi, Lautaroya qol ötürməsi verdi və digər komanda yoldaşlarına şans yaratdı. Bəxti gətirmədi ki, özü qol vurmadı. Messi "Uembli"də toplaşanlar üçün elə bir şəkildə ustad dərsi təşkil etdi ki, baxmağa dayana bilməzsiniz".

Qeyd edək ki, Argentina İtaliyaya 3:0 hesabı ilə qalib gəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right