"Beşiktaş" "Trabzonspor"un hücumçusunu transfer edir

"Beşiktaş" nigeriyalı hücumçu Antoni Nvakaeme ilə maraqlanır. 

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"la müqavilə müddətinin artırılması ilə bağlı razılaşma əldə edə bilməyən oyunçu klubu tərk edə bilər. Xəbərdə o da qeyd edilib ki, "ağ-qaralar" 33 yaşlı futbolçuya illik 2 milyon avrodan artıq maaş təklif edir.

Geridə qalan mövsümdə "fırtına"nın çempionluğunda böyük pay sahibi olan Nvakaeme 2018-ci ildən Qaradəniz təmsilçisində çıxış edir.

Qeyd edək ki, 2021-2022-ci il mövsümündə Super Liqada 30 oyuna çıxan nigeriyalı futbolçu 13 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right