"Mançester Yunayted" Poqba ilə yollarını ayırıb

Fransa milli komandasının futbolçusu Pol Poqba İngiltərə "Mançester Yunayted"i ilə yollarını ayırıb.

Newsport.az-in klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb. O, komandanı azad agent qismində tərk edəcək.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted" formasını ilk dəfə 2009 - 2012-ci illərdə geyinib. Daha sonra İtaliya "Yuventus"una keçən orta sahə oyunçusu 2016-cı ildə "qırmızı şeytanlar"a 105 milyon avroya transfer olunub. O, İngiltərə klubunda 233 oyuna 39 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right