"Milan" klubu ABŞ şirkətinə satılıb

ABŞ-ın "RedBird Capital Partners" şirkəti İtaliyanın "Milan" klubunu satın alıb.

Newsport.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, şirkət bununla bağlı "Elliott Advisors UK Limited"lə razılıq əldə edib.

Klub yeni sahibinə yayda qovuşacaq.

Proses sentyabrdan gec olmadan başa çatacaq. Müqavilənin məbləği 1,2 milyard avrodur.

Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə İtaliya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right