Mançinidən Messi haqda maraqlı açıqlama

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Argentina ilə keçirəcəkləri Finalissima matçı ərəfəsində argentinalı hücumçu Lionel Messi haqda fikirlərini bölüşüb .

Newsport.az xəbər verir ki, mütəxəssis "L`Equipe"yə açıqlamasında deyib:

“Məncə, Messi dünyanın ən yaxşı oyunçusudur. Bir neçə il İtaliyada Maradonanın oyununu izləmək imkanım oldu və düşünürəm ki, Messi ona bənzəyir. O, tarixin ən yaxşı futbolçularından biridir. Messi keçən mövsüm çox qol vurmadı. Yəqin səbəbi uzun müddət sonra komanda dəyişməsidir. Bəzən dəyişikliklərə alışmaq üçün vaxt lazımdır. Amma yenə də onu ən yaxşı oyunçu hesab edirəm. Finalissima matçında biz Lioneli yaxından izləməli olacağıq, çünki o, oyunun gedişatını bir saniyəyə çevirə bilir”.

Qeyd edək ki, Finalissima tarixdə ilk dəfə keçirilir. Turnirdə son Avropa çempionatının və son Cənubi Amerika kubokunun qalibləri qarşılaşır. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 22?45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right