"Beşiktaş" "Lester"in futbolçusu ilə maraqlanır

"Beşiktaş" "Lester"in müdafiəçisi Daniel Amarteyi transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, "tülkülər"lə müqaviləsi bitən qanalı futbolçu İstanbul nəhəngində çıxış edə bilər. Xəbərdə o da qeyd edilib ki, "qara qartallar" artıq oyunçuya illik 1,8 milyon avro maaş təklif edib.

Müdafiəçi 2016-cı ildə "Kopenhagen"dən 6,6 milyon avroya Premyer Liqa təmsilçisinə transfer olunub.

Qeyd edək ki, 2015-ci ildən Qana millisinə çağrılan futbolçu komandada 32 oyuna çıxıb. Daniel Amartey "Lester"də isə indiyə kimi 86 matçda iş başında olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right