"Atletiko" Morata üçün göndərilən təklifi rədd etdi

"Atletiko" "Yuventus"un hücumçu Alvaro Morata üçün göndərdiyi 20 milyon avroluq təklifi rədd edib.

Newsport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Bildirilib ki,  29 yaşlı oyunçu üçün göndəriləcək təklifin məbləği artırılsa, oyunçu Turin klubuna keçə bilər.

Qeyd edək ki, "Yuventus" Moratanı 2020-ci ildə iki mövsüm üçün 20 milyon avroya icarəyə götürüb. Bu müddət ərzində hücumçu 92 oyun keçirib və 32 qol vurub. İspan futbolçunun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right