"Yuventus" onunla müqaviləni ləğv edir

"Yuventus" ötən mövsümün ikinci yarısını Şotlandiya "Reyncers"ində icarə əsasında keçirmiş yarımmüdafiəçisi Aaron Remzi ilə müqaviləni tezliklə ləğv etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, bu barədə "Football Italia" məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisi  uelsli oyunçu ilə müqaviləni ləğv etmək üçün artıq ilk cəhdini edib. Tərəflər 31 yaşlı futbolçunun müqaviləsinin ləğvi üçün alacağı təzminat məbləği barədə razılığa gəliblər.

Xatırladaq ki, Remzi 2019-cu ilin yayında "Arsenal"dan azad agent kimi "Yuventus"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right