"Milan"ın əfsanəsi klubdan ayrıla bilər

"Milan"ın texniki direktoru Paolo Maldini klubu tərk edə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Maldinin "rossonyeri"lərlə müqaviləsi iyunun 30-a qədərdir. Klubun yeni sahibləri ilə bağlı vəziyyət qarışıq olduğu üçün bu cür ayrılıq gerçəkləşə bilər.

Qeyd edək ki, 53 yaşlı funksioner futbolçu karyerasını yalnız "Milan"da keçirib. O, bu komandada 902 oyuna çıxıb. İtaliya klubu ilə 7 dəfə ölkə çempionu olan sabiq müdafiəçi 5 dəfə Çempionlar liqasının və 5 dəfə isə UEFA Superkubokunun qalibi olub. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah