"Milan"ın baş məşqçisinin qızıl medalı qaytarılıb

Azarkeşlər İtaliyanın "Milan" klubunun baş məşqçisi Stefano Piolinin qızıl medalını özünə qaytarıblar.
 
Newsport.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 20-25 yaş arası 3 fanat vəkilin müşayiəti ilə Reco-Emiliya şəhərindəki polis idarəsinə gedib.
 
Tərəfdarlar medalı "Sassuolo" ilə matçdan sonra paltardəyişmə otağının yanından tapdıqlarını bildiriblər.
 
Qeyd edək ki, "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edən "Milan" 11 ildən sonra İtaliya çempionu olub. Stefano Pioli qızıl medalı çempionluğu bayram edərkən boynundan qoparıldığını açıqlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right