"Söz vermişdim və buna nail oldum" İbrahimoviç

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandasının 2021/2022 mövsümündə İtaliya çempionu olmasından danışıb.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu kluba qayıdan zaman verdiyi sözə əməl etdiyini deyib: “Milan" son dəfə ölkə çempionu olanda komandada idim və indi yenidən buradayam. İki il yarım əvvəl mən "Milan"ı lazım olan yerə qaytaracağıma söz verdim və çoxları inanmasa da, bacardım.

Bəs gələcək? Daha 10 il oynayıb daha çox pul qazanacağam. Ancaq sağlamlığımı yaxşılaşdırmaq lazımdır, sonra işlərin necə olduğu bilinəcək. Karyeramı bitirməkdən qorxuram. Amma heç olmasa, bunu istədiyim zaman edəcəyəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right