İngiltərə millisinin üzvü "Milan"la yeni müqavilə imzalayacaq

"Milan" Fikayo Tomorinin müqavilə müddətini uzatmaq istəyir.

Newsport.az “The Telegraph”a istinadən xəbər verir ki, İtaliya klubu 24 yaşlı futbolçunu komandada saxlamaq üçün ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib.

İngilis futbolçunun “rossonyeri”lərlə müqaviləsi 3 ildən sonra başa çatacaq.

Amma klub onunla müqavilə müddətini indidən artırmaq niyyətindədi.

Bu mövsüm Tomori A seriyasında 31 matça çıxıb.

İngiltərə millisinin üzvü 2021-cil ildə "Çelsi"dən "Milan"a keçmişdi. O, bu iki klubdan savayı "Brayton Albion", "Hall Siti" və "Derbi" klublarında icarə əsasında oynayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah