Pioliyə yeni çempionluq medalı veriləcək

"Milan"ın baş məşqçisi Stefano Pioli yeni çempionluq medalı alacaq.

Newsport.az xəbər verir ki, bu barədə A seriyasının rəsmi saytı məlumat yayıb. Ötən gün "Milan"la çempion olan 56 yaşlı mütəxəssisin medalı mükafatlandırılma mərasimindən sonra oğurlanıb. Ona görə də Pioli yeni medal alacaq.

Qeyd edək ki, bu, Piolinin karyerasındakı ilk çempionluqdur.

Xatırladaq ki, İtaliya çempionatının son turunda "Milan" "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edib tarixində 19-cu dəfə İtaliya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right