Mourinyo Dibalanı razı salmağa çalışır

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Yuventus"un futbolçusu Paulo Dibalanı komandasında görmək istəyir. 

Newsport.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Argentinalı hücumçu bu mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq. Mourinyo isə futbolçunu paytaxt klubuna qoşulmağa razı salmaq istəyir.  Qeyd olunur ki, Mourinyo təkcə hücumçunu razı salmağa çalışmayacaq. Portuqaliyalı mütəxəssis həm də transfer üçün “Roma” rəhbərliyinə təzyiq göstərəcək.  Lakin 28 yaşlı forvard "İnter"ə keçmək niyyətindədir. 

Dibala A Seriyasını tərk etmək qərarına gəlsə, onu heyətinə qatmaq istəyənlər arasında "Tottenhem", "Arsenal" və "Atletik"o da var.

Qeyd edək ki, Dibala 2 gün əvvəl "Yuventus"da son oyununu keçirib və komanda ilə vidalaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right