Avroliqanın qalibi məlum olur Yenilənir

Bu gün futbol üzrə Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulacaq. Newsport.az xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.
 
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
 
İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real"ına uduzmuşdu.
 
Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.
 
Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/72 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib.
 
Avropa Liqası
Final
18 may
 
23:00. Ayntraxt (Almaniya) - Reyncers (Şotlandiya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right