İtaliyanı Avroliqada təmsil edəcək klublardan biri dəqiqləşdi

“Latsio” növbəti mövsüm Avropa Liqasında oynamaq hüququ qazanıb .

Newsport.az xəbər verir ki, A Seriyasının 37-ci turunda “Yuventus”la heç-heçə (2:2) edən komandanın turnir cədvəlinin 6-cı pilləsindən aşağı düşməyəcəyi dəqiqləşib. "Latsio" hazırda  63 xalla 5-ci yerdə qərarlaşıb. "Roma" 60 xalla 6-cı, "Fiorentina" 59 xalla 7-cidir. "Latsio" son turda uduzsa, "Roma" qalib gəlsə, şəxsi göstəcilərə görə üstün olan "Roma" 5-ci pilləyə yüksələcək. Ancaq "Fiorentina" üçün əlçatmaz olan "Latsio" ən pis halda 6-cı yerlə Avroliqaya vəsiqəni təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl "Milan, "İnter", "Napoli" və "Yuventus" Çempionlar Liqasına vəsiqə qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right