“Roma” evdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Empoli” – “Salernitana” və “Roma” – “Venesiya” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı “Udineze” – “Spetsiya” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Verona” isə evdə “Torino”ya minimal hesabla uduzub.

“İnter”lə çempionluq mübarizəsi aparan “Milan”ı bu turda “Atalanta” ilə çətin qarşılaşma gözləyir.

“Milan”ın büdrəməsinə ümid edən “İnter” isə “Kalyari” ilə səfər matçına yollanacaq.

Turun maraqlı oyunlarından biri “Yuventus”la “Latsio” arasında baş tutacaq.

İtaliya A Seriyası, 37-ci tur

14 may

Empoli – Salernitana 1:1
Qol: Kutrone, 31 – Bonatsoli, 76.

Udineze – Spetsiya 2:3
Qol: Molina, 26. Mari, 90+4 – Verde, 35. Qyasi, 45+3. Macciore, 47.

Verona – Torino 0:1
Qol: Brekalo, 19.

Roma – Venesiya 1:1
Qol: Şomurodov, 76 – Okereke, 1.

15 may

14:30 Bolonya – Sassuolo
17:00 Napoli – Cenoa
20:00 Milan – Atalanta
22:45 Kalyari – İnter

16 may

20:30 Sampdoriya – Fiorentina
22:45 Yuventus – Latsio

Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right