"Beşiktaş" İzmirə 8 itki ilə getdi

"Beşikatş" Türkiyə Super Liqasının 37-ci turunun oyununda səfərdə "Göztəpə"nin qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, "Qara qartallar" İzmir səfərinə ciddi itkilərlə gedib. İstanbul təmsilçisinin 8 futbolçusu bu matçda komandasına kömək edə bilməyəcək.

Mert Günok, Oğuzhan Özyakup, Gökhan Töre, Mehmet Topal, Rıdval Yılmaz, Domaqoy Vida, Miralem Pyaniç və Ersin Destanoğlu zədə səbəbindən meydana çıxmayacaq.

"Göztəpə" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right