Namik Ələskərovlu "Bursaspor" aşağı liqaya düşdü

Türkiyə I Liqasında 35-ci turun oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

Namik Ələskərov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 63-cü dəqiqədə əvəzlənib.

35 turdan sonra 41 xal toplayan "Bursaspor"un mövsümün bitməyinə 1 tur qalmış I Liqanı tərk edəcəyi dəqiqləşib. 16-cı pillədə olan "ağ-yaşıllar" 15-ci pillədəki "Adanaspor"dan 4 xal geridədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right