"Futbolla maraqlanmıram, traktorla sahədə işləyirəm" Bacco

İtaliya futbolunun canlı əfsanəsi Roberto Bacco daha futbolla maraqlanmadığını açıqlayıb.

Newsport.az xəbər verir ki, keçmiş hücumçu bu haqda “La Repubblica” nəşrinə verdiyi müsahibədə danışıb. O, təsərrüfat işləri ilə məşğul olduğunu bildirib:

“Mən artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşayanlar uduzanlardır?

Oyunlara baxmıram, daha onlar məni cəlb etmir. Həm də, başqalarını mühakimə etməyi sevmirəm. Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm. Amma yadımdadır ki, onlar əlləri ilə də dəqiq ötürmə verə bilmirdilər.

Özüm üçün başqa əyləncələr tapdım. Odun doğrayıram, traktorla sahədə işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım fırlanır”

Qeyd edək ki, Bacco “Fiorentina”, “Yuventus”, “Milan”, “Bolonya”, “İnter” və “Breşia” kimi klublarda çıxış edib. Onun karyerasının ən uğurlu dövrü “Yuventus”da olub. Bu illər ərzində Bacco UEFA kubokunu, İtaliya Çempionluğunu və İtaliya kubokunu qazanıb. Həmçinin, 1993-cu ildə "Qızıl Topa"a sahib olub. 1988-2004-cü illərdə İtaliya millisində çıxış edən “at quyruğu” ləqəbli futbolçu 56 oyuna 27 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah