“Yuventus” 11 il sonra mövsümü titulsuz başa vuracaq

İtaliyanın “Yuventus” klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi son olaraq İtaliya kubokunun finalında “İnter”ə 2:4 hesabı ilə uduzub.

“Qoca sinyora” sonuncu dəfə 2010/11 mövsümündə eyni aqibətlə üzləşib.

“Yuventus” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya “Vilyarreal”ına iki oyunun nəticəsinə əsasən məğlub olub – 1:1, 0:3. Komanda A Seriyasında 36 oyundan sonra 69 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right