İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, "İnter" doğma meydanda "Empoli"ni qəbul edib. Qarşılaşma Milan təmsilçisinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
Bu qələbədən sonra "İnter" 78 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. 2-ci yerdə olan "Milan"ın 77 xalı var və 1 oyun az keçirib. "Empoli" isə 37 xalla 14-cü yerdədir.