"Santyaqo Bernabeu" sehrlidir" Ançelotti

“Bizim artıq bu şəkildə qalib gəlməyə öyrəşdiyimizi deyə bilmərəm. Amma eyni hadisə “Çelsi” və PSJ ilə matçlarda da baş verdi. Hər şey artıq bitmiş kimi görünəndə  klubun tarixi mübarizəmizi davam etdirməyə kömək edir".

Newsport.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında evdə "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Hesabda geridə ikən çox az insan qələbə qazanacağımıza inanırdı. Lakin biz son gücü tapa bildik. Güclü rəqiblə yaxşı oyun keçirdik. Hesabı bərabərləşdirə bildiyimiz zaman əlavə vaxtda psixoloji üstünlük əldə etdik."Santyaqo Bernabeu" stadionunda kiçik qığılcım belə bizə bəs edir. Bu stadion sehrlidir" - deyə o bildirib. 

İtaliyalı mütəxəssis görüş ərzində çətin anlar yaşadıqlarını söyləyib: "Mançester Siti” oyuna nəzarət edirdi, lakin əlavə vaxta onları mübarizədən kənarlaşdıracaq qolu vura bildik".

Ançelotti Çempionlar Liqasının finalında qarşılaşacaqları "Liverpul" haqda da danışıb: "Parisdə finalda daha bir güclü rəqibə qarşı oynayacağımız üçün xoşbəxtəm. Biz buna öyrəşmişik. Bu, fantastik matç olacaq.  Mənim üçün “Liverpul”la final derbi kimidir, çünki mən "Everton"lu olaraq qalıram”.

Qeyd edək ki, Ançelotti 2019-2021-ci illərdə “Everton”u çalışdırıb, sonra yenidən "Real"a qayıdıb.

Xatırladaq ki, final oyunu mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right