Ançelottinin “Mançester Siti” tilsimi

İtaliyalı mütəxəssis Karlo Ançelotti məşqçi kimi indiyədək “Manşester Siti” ilə 9 dəfə qarşılaşıb.

Newsport.az “Transfermarkt” saytına istinadən xəbər verir ki, “Real”ın hazırkı çalışdırıcısının rəhbərik etdiyi komandalar bu qarşılaşmalardan 8-də uduzub. O, “Çelsi”nin baş məşqçisi kimi “Siti”yə qarşı Premyer Liqada keçirdiyi 4 oyundan 3-də məğlub olub, 1-də isə qələbə qazanıb. 

Ançelottinin “Everton”un baş məşqçisi kimi də “Mançester Siti”yə qarşı Premyer Liqa oyunları uğursuz olub – 4 oyun, 4 məğlubiyyət. O, “Real”ın baş məşqçi kimi də “Siti”ylə oyunda uğur qazana bilməyib. 2021/22 mövsümü Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə rəqib 3:4 hesabı ilə qələbə qazanıb. 8 məğlubiyyətdən 5-də “Siti”nin baş məşqçisi Xosep Qvardiola olub.

Bu gün həmin komandalar yarımfinalın təkrar matçında Madriddə üzə-üzə gələcəklər. Bu, Ançelottinin “Mançester Siti”yə qarşı 10-cü oyunu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right