Di Mariya PSJ-ni “Yuventus”a dəyişir

“Yuventus” klubu yayda azad agent olacaq PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyaya 1+1 şərti ilə müqavilə təklif edib.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu özü isə Turin klubu ilə 3 illik müqavilə imzalamaq istəyir.

Daha əvvəl PSJ-nin Di Mariya ilə müqavilənin uzadılmasında maraqlı olmadığı bildirilib.

34 yaşlı futbolçu Liqa 1-in cari mövsümündə PSJ-nin heyətində 22 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Di Mariya əvvəllər “Mançester Yunayted”, “Real” və “Benfika” kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right