“Qattuzo ilə mərc etdik, diri ilbiz yedi” Pirlo

“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo “Milan”da oynadığı dövrləri xatırlayıb. 

Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, bu barədə “All or nothing: “Juventus” sənədli filmində danışıb. 42 yaşlı mütəxəssis 2007-ci ildə “Milan”dakı komanda yoldaşı Cennaro Qattuzo ilə mərc etdiklərini və onun canlı ilbiz yeyərək 10 min avro qazandığını deyib:
 
“Bir dəfə biz mərc etdik. İlbizləri bilirsiniz, qabıqsızları böyük olur. Qattuzoya onu diri-diri yeməyi təklif etdik. Əgər o, bunu bacarsaydı, 10 min avro qazanacaqdı. Qattuzo bu pulu bizimlə məşq edən fitnes məşqçilərinə bağışlaya bilərdi. O isə ilbizi götürüb uddu. Bundan sonra Cennaro az qala hamımızı öldürmək istəyirdi”. 

Qeyd edək ki, Qattuzo 1999-2012, Pirlo isə 2001-2011-ci illərdə “Milan”da oynayıb. Andrea 2020/21-ci illərdə Turin təmsilçisini çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right