Mourinyo Abrahamı "Çelsi"dən ayrılmağa necə razı salıb?

"Roma"nın futbolçusu Tammi Abraham komandanın baş məşqçisi Joze Mourinyonun onu "Çelsi"dən ayrılmağa necə razı saldığını açıqlayıb .

Newsport.az xəbər verir ki, hücumçu deyib:

"Onun mənə dediyi ilk şey bu oldu: "Yağışlı İngiltərədə qalacaqsan, yoxsa günəşin çox olduğu Romaya gedəcəksən?" Biz güldük. Sonra o, “ciddi deyirəm” dedi. Mən Mourinyo ilə həmişə atammış kimi davranmışam.  O dedi ki, “Roma” və İtaliya futbolunda özünü göstərmək fürsəti hazırda mənim üçün ən yaxşı seçimdir. Bu, sizə təkcə İngiltərədə deyil, bütün dünyada tanınmağa imkan verəcək. Bu arqumentlər mənə kifayət idi. Mourinyo komandanı necə qurmaq lazım olduğunu bilir. O, idmanı, yeni uğurlara aclığı hiss etdirir". 

Qeyd edək ki, Abraham ötən il "Çelsi"dən "Roma"ya keçib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right