“İnter”dən inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 34-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Venesiya” ilə qarşılaşan “Atalanta” inamlı qələbəyə sevinib. “Torino” isə evdə “Spetsiya”nı üstələyib. “Verona” – “Sampdoriya” matçında qalib müəyyənləşməyib. Çempionluq uğrunda mübarizə aparan “İnter” doğma meydanda “Roma” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Lider “Milan” səfərdə “Latsio” ilə üz-üzə gələcək. “Yuventus”un bu turdakı rəqibi “Sassuolo” olacaq.

İtaliya A Seriyası, 34-cü tur

23 aprel

Venesiya – Atalanta 1:3
Qol: Çrniqoy, 80 – Paşaliç, 44. Sapata, 47. Muriel, 63.

Torino – Spetsiya 2:1
Qol: Lukiç, 4; 69 – Manaj, 90+7-pen.

İnter – Roma 3:1
Qol: Dumfris, 30. Brozoviç, 40. L.Martines, 52 – Mxitaryan, 85.

Verona – Sampdoriya 1:1
Qol: Kaprari, 78 – Kaputo, 44.

24 aprel

14:30 Salernitana – Fiorentina
17:00 Bolonya – Udineze
17:00 Empoli – Napoli
20:00 Cenoa – Kalyari
22:45 Latsio – Milan

25 aprel

22:45 Sassuolo – Yuventus

Bombardir: Çiro İmmobile (Latsio) – 25, Duşan Vlahoviç (Yuventus) – 23 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right