"Bizim nəsil futbolçular indikilərdən daha yaxşı idi"

Braziliya millisinin sabiq hücumçusu Ronaldo futbolda hazırkı rəqabət səviyyəsinin onun karyerası dövründəkindən aşağı olması ilə bağlı fikirlərə münasibət bildirib.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, o, deyib: "Bütün rekordlar qırılacaq, hətta Messi və Ronaldonun rekordları da məncə, gələcəkdə yenilənəcək. Rekordla bunun üçündür. Ancaq bir nəsli digər nəsillə müqayisə etmək çətindir. Bunun üçün düzgün ölçmə sistemləri yoxdur. Məndən hansı nəsil daha yaxşıdır deyə soruşsanız, heç şübhəsiz bizimkilər deyərdim... Mənim dövrümdə rəqabət indikindən qat-qat sərt idi. Lionel Messi, Kriştiano Ronaldo və Neymar haqqında az danışmaq istəmirəm. Amma onların səviyyəsinə çatmayan başqa oyunçular da azdır. Əvvəllər təkcə İtaliyada deyil, İspaniya və İngiltərədə də rəqabət daha çox idi.

İndi bütün dünyada çox yüksək fiziki səviyyəli futbolla qarşı-qarşıyayıq, artıq texnikalı olan klassik "10 nömrə" yoxdur. Bu gün artıq belə futbolçulara yer yoxdur. Amma doğrudur ki, texniki baxımdan bizim nəsil çox irəlidə idi. O zaman daha vacib oyunçular və personajlar var idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right