Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Verona"nın müdafiəçisi Koray Günterlə maraqlanır. "Qara qartallar" türkiyəli mərkəz müdafiəçisi üçün A Seriyası klubu ilə danışıqlara başlayır.
"Verona" 2023-cü ilin yayında müqaviləsi başa çatacaq 27 yaşlı futbolçu üçün 2 milyon avro tələb edir. "Beşiktaş" isə bu məbləği aşağı salmağa çalışır.
Koray Günter "Verona"ya 2020-ci ilin yayında "Cenao"dan transfer olunub. Təcrübəli müdafiəçi cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurub.