Mourinyo Maradonanı yaddan çıxarmadı Foto

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 33-cü turunun “Napoli”yə qarşı oyunundan əvvəl bu klubun mərhum futbolçusu Dieqo Maradonanın xatirəsinə həsr edilmiş freskanı ziyarət edib.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi Neapolda Maradonaya həsr olunmuş məşhur freskaya gül dəstələri qoyub.

Argentina millisinin keçmiş hücumçusu Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında ürək tutması nəticəsində vəfat edib.

“Napoli” – “Roma” matçı bu gün saat 21:00-da başlayacaq və Neapoldakı Dieqo Maradona stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right