"Fənərbaxça"dan qələbə

"Fənərbaxça" Türkiyə Superliqasında növbəti matçına çıxıb. 

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 33-cü turda "Göztəpə" ilə qarşılaşıb. Matç "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı 4-cü dəqiqədə Serdar Eziz açıb. 83-cü dəqiqədə isə Arda Güler penaltini dəqiq yerinə yetirib. 

Qeyd edək ki, "Fənərbaxça" hazırda yarışın turnir cədvəlində 62 xalla 2-cidir. "Göztəpə" isə 27 xalla 19-cü pillədə qərarlaşır.

Türkiyə Super Liqası, 33-cü tur

15 aprel

Trabzonspor – Fatih Karagümrük 1:1
Qol: V.Huqo, 58 – Bilya, 45+4.

Kayserispor – Rizəspor 1:1
Qol: E.Başsan, 77 – Pohjanpalo, 67.

16 aprel

Hatayspor – Sivasspor 1:1
Qol: Benziya, 61 – Z.Erdal, 28-pen.

Alanyaspor – Antalyaspor 1:3
Qol: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.

Altay – Başakşəhər 1:1
Qol: C.Gülselam, 89 – Trezeqe, 40.

Fənərbaxça – Göztəpə 2:0
Qol: S.Aziz, 4. A.Gülər, 83-pen.

17 aprel

14:30 Konyaspor – Qaziantep
17:00 Kasımpaşa – Adana Demirspor
21:30 Girəsunspor – Beşiktaş

18 aprel

21:30 Qalatasaray – Yeni Malatyaspor

Bombardir: Ayub El Kaabi (Hatayspor) – 15 qol. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right