Burak Yılmaz Türkiyəyə qayıdır

"Lill"in hücumçusu Burak Yılmaz yayda Türkiyəyə qayıdacaq.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı forvard karyerasını "Qalatasaray"da davam etdirə bilər. İstanbul təmsilçisinin idman direktoru Luis Kampos təcrübəli futbolçu ilə razılıq əldə edib.

Tərəflər arasında əldə olunan anlaşmaya əsasən Burak Yılmaz "Qalatasaray"da 850 min manat maaş və start heyətdə meydana çıxdığı hər oyuna görə əlavə bonus qazanacaq.

Burak Yılmaz 2020ci ilin yayından "Lill"də çıxış edir. O, cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 36 oyunda 7 qol və 5 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, Burak Yılmaz 2012-2016-cı illərdə "Qalatasaray"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right