"Fənərbaxça" uruqvaylı vingerlə 3 illik müqavilə imzaladı

Türkiyənin "Fənərbaxça" klubu icarə əsasında heyətinə qatdığı Dieqo Rossini birdəfəlik transfer edib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi uruqvaylı vinger üçün onun müqavilə ilə məxsus olduğu "Los Anceles Qalaksi"yə 5,5 milyon avro ödəyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Sarı-lacivərtlilər" 24 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

"Fənərbaxça" Dieqo Rossini mövsümün əvvəlində icarəyə götürüb. Uruqvay millisinin üzvü "kanarya"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol və 7 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right