"Şeydayev "Qarabağ"da ikinci dönəmini yaşayır" Türkiyə mətbuatı

Türkiyənin trtspor.com.tr saytı "Qarabağ"ın futbolçusu Ramil Şeydayev haqda yazıb.

Newsport.az xəbər verir ki, portalın  "İndi haradadır?" bölməsində bu dəfə millimizin üzvünə yer verilib. 2016-2018-ci illərdə "Trabzonspor"a məxsus olan və burada cəmi 3 oyun keçirən Ramillə bağlı yazılıb:

"Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına  Rusiyada başlayıb. “Zenit”in ikinci komandasında və "Rubin"də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikəm “Trabzonspor”la müqavilə imzaladı. Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə "Jilina" və "Qarabağ"da icarə əsasında oynamış forvard, 2018-ci ildə "Krılya Sovetov"la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.

Rusiyada bir mövsüm də  "Dinamo" (Moskva) klubunda  oynayan Şeydayev 2020-ci ildə "Sabah"a keçərək yenidən Azərbaycan Premyer Liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı "Qarabağ"da ikinci dönəmini yaşayır" - deyə yazıda bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right