"...Məni nokaut edərsiniz" Klopp

"Çempionlar Liqasının yarımfinalına çıxdığımız üçün məmnun qalmadığımı desəm, məni nokaut edə bilərsiniz. İstədiyimiz kimi olmadı, amma fərqi nədir? Bu gün mövsümün ən yaxşı oyununu keçirsək belə, finala yüksəlmək ehtimalı daha yüksək olmayacaqdı. Əsas odur ki, biz yarımfinaldayıq və mən xoşbəxtəm”.

Newsport.az BBC-yə xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə cavab oyunundan (3:3) sonra deyib.

İki matçın (3:1, 3:3) nəticəsinə əsasən yarımfinala yüksələn Mersisayd təmsilçisinin çalışdırıcısı bu mərhələdəki rəqibləri "Vilyarreal" haqda da danışıb: "Hazırda "Villarreal"ın oyununu təhlil edə bilsəm, çox qəribə olardı. Mən onların nəticələrini gördüm, yaxşı oyun nümayiş etdirirlər. "Yuventus", "Bavariya"nı məğlub ediblərsə, deməli, yarımfinala yüksəlməyə layiqdirlər.

"Vilyarreal"ın baş məşqçisi Unai Emeri kubok kralıdır, etdikləri heyrətamizdir. Amma hazırlaşmaq üçün mənə vaxt verin".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right