"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/4 final-ının cavab oyununda "Bavariya" ilə heç-heçə (1:1) etmələri və 2 matçın ümumi nəticəsində yarımfinala yüksəlmələri haqda fikirlərini bölüşüb.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bunları deyib:
“Əhəmiyyətli bir şeyə nail olmaq üçün favoritləri məğlub etmək lazımdır. 1/8 finalda “Yuventus” üzərində qələbə bizə inam qazandırdı. Yarımfinalda şərait yaratmağa çalışacağıq ki, şanslarımız olsun. "Liverpul" da "Benfika" kimi əla komandadır. Maraqlı oyunlar gözləyirik. Mən çox şadam ki, mühüm məqsədlərimizə çatdıq. Böyük matç idi, amma bu gün necə mübarizə aparacağımızı artıq ilk oyun göstərdi. Müdafiədə mükəmməl oynadıq”.
Xatırladaq ki, ilk oyunda “Vilyarreal” sensasiyalı şəkildə “Bavariya”nı 1:0 hesabı ilə üstələyib.