Ukrayna klubu Mahir Emrelinin komandası ilə xeyriyyə oyunu keçirəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə xeyriyyə oyunu keçirəcək.

Newsport.az Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 28-də "Maksimir" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, Kiyev "Dinamo"su Xorvatiya klubu ilə yanaşı, Xorvatiya "Legiya"sı, Türkiyə "Qalatasaray"ı, Rumıniya "Styaua"sı və Almaniyanın "Borussiya" (Dortmund) komandaları ilə də qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right