Məşhur futbolçu boksda debüt edəcək

"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt bu ilin oktyabrında boksda gücünü sınayacaq.

Newsport.az  "The Telegraph"a istinadən xəbər verir ki, veteran hücumçu kikboksçu Riko Verhuvenin təşkilatçılığı ilə keçirilən "Hit It" turnirində iştirak edəcək. Onun rəqibi hələlik məlum deyil.

41 yaşlı veteran futbolçu bu barədə açıqlamasında deyib: "Əlbəttə, mən futboldan gəlmişəm və yarış ab-havası üçün darıxmışam. Bu qarşılaşma Niderland millisinin heyətində çıxdığım matça bənzəyəcək: üzərimdə diqqət, daxilimdə xoş təlaş... İlk dəfə başqa idman növündə güc sınamaq mənim üçün böyük imtahan olacaq. Qarşıdakı aylarda bütün diqqətimi məşqlərə yönəltməyi planlaşdırıram. Səylə çalışacağam".

Qeyd edək ki, Niderland millisində 102 oyun keçirən Küyt "Feyenoord", "Liverpul" və "Fənərbaxça" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right